Elmi Şurasının növbəti
iclası keçirilib.
Elmi Şuranın sədri,
AzTU-nun rektor əvəzi,
professor Xalıq Yahudov əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.
İclasda Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) professoru, “Metalkəsən dəzgahlar” kafedrasının müdiri Sylvio Simona
AzTU-nun fəxri doktoru adı verilməsini qeyd edən
AzTU-nun rektor əvəzi,
professor Xalıq Yahudov Almaniya universitetləri,
o cümlədən, Brandenburq Texniki Universiteti ilə
mövcud əməkdaşlıq əlaqələrindən danışıb.
AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək bildirib ki,
professor Sylvio Simonun koordinatorluğu ilə Brandenburq Texniki Universiteti ilə AzTU arasında maşınqayırma sahəsində sıx elmi və tədris əlaqələri mövcuddur. Alman Akademik Mübadilə (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində Lausits Ali Məktəbi ilə qurulan əlaqələr, 2013-cü ildə AzTU-nun 14 tələbəsinin BTU-da yay məktəbində iştirakı, BTU-nun təşkilatçılığı ilə AzTU-da keçirilən elmi seminarlar və bütün bunların məntiqi nəticəsi olaraq maşınqayırma fakültəsinin nəzdində “Maşın mühəndisliyi” ixtisası üzrə almandilli qrupun təşkil edilməsindən danışan prorektor qeyd edib ki,
professor Sylvio Simon
AzTU-nun Avropa ali təhsil sisteminə inteqrasiyasında müstəsna xidmətlər göstərib.
Daha sonra Elmi Şura üzvlərinin səsverməsi ilə professor Sylvio Simon AzTU-nun fəxri doktoru elan edilib.
AzTU-nun fəxri doktoru adına layiq görüldüyü üçün çox məmnun olduğunu vurğulayan professor Sylvio Simon ikili əlaqələrin inkişafı üçün bu günədək gördüyü və görəcəyi işlərdən danışıb. Almaniyalı professor bundan sonra da universitetlər arasındakı əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.
Professorlar Vaqif Mövlazadə, Ərəstun Məmmədov, Nizami Yusubov, Fariz Əmirov və başqaları çıxış edərək professor Sylvio Simonun əməyini yüksək qiymətləndiriblər, onu yeni fəxri ada layiq görülməsi münasibətilə ürəkdən təbrik ediblər və ona yeni-yeni uğurlar arzulayıblar.
Daha sonra iclasda açıq səsvermə yolu ilə Strateji planlaşdırma şöbəsinin Əsasnaməsi təsdiq edilib və müxtəlif məsələlər müzakirə edilərək müəyyən qərarlar qəbul edilib.
Elmi Şuranın iclasından sonra almaniyalı qonaqlar AzTU-nun “Maşınqayırma” fakültəsinin “Maşınqayırma texnologiyası” kafedrasının professor-müəllim və tələbə heyəti ilə görüşüblər.
Görüş zamanı almaniyalı qonaqlar tərəfindən kafedraya 3D printeri hədiyyə edilib. Bu printerdən tələbələr dərs vəsaiti kimi istifadə edəcəklər.
3D printeri tələbələrə hissələrin texnoloji proseslərinin layihələşdirilməsi nəticəsində alınan son məhsulun hazırlanmasına imkan verəcəkdir.
Sonda xatirə üçün foto-şəkillər çəkilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.