qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə təzə-tər çiçək dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Professor Xalıq Yahudov qeyd edib ki, bu il universiteti 3425 nəfər gənc bitirir. Onlardan 2086 nəfəri bakalavr, 324 nəfəri magistrant, 16 nəfəri xarici ölkə vətəndaşı, 999 nəfəri isə ötən tədris ilindən qalanlardır. Məzunlardan 37 nəfər bakalavr və 55 nəfər magistrant olmaqla ümumilikdə 92 nəfər universiteti Fərqlənmə diplomu ilə bitirib.
Bu əlamətdar gündə çıxış edən qonaqlar məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Qeyd olunub ki, ali təhsilli bu mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.
Daha sonra məzunlar çıxış edərək gələcəyin yüksəkixtisaslı mühəndisləri olacaqlarına, professor-müəllim heyətinin etimadını doğruldacaqlarına söz veriblər.
Rəsmi hissənin sonunda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup məzuna Fəxri fərmanlar, fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Gilə ƏLİQIZI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.