AzTU-da Məzun Günü qeyd olunub

AzTU-da Məzun Günü qeyd olunub AzTU-da Məzun Günü qeyd olunub AzTU-da Məzun Günü qeyd olunub AzTU-da Məzun Günü qeyd olunub AzTU-da Məzun Günü qeyd olunub AzTU-da Məzun Günü qeyd olunub AzTU-da Məzun Günü qeyd olunubAzTU-da Məzun Günü qeyd olunubAzTU-da Məzun Günü qeyd olunub 2019-cu il iyunun 21-də Azərbaycan Texniki Universitetində (AzTU) Məzun Günü təntənə ilə
qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə
tər çiçək dəstələri qoyaraq
Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.


Tədbiri giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Professor Xalıq Yahudov qeyd edib ki, bu il universiteti 3425 gənc bitirir. Onlardan 2086 nəfəri bakalavr, 324 nəfəri magistrant, 16 nəfəri xarici ölkə vətəndaşı, 999 nəfəri isə ötən tədris ilindən qalanlardır. Məzunlardan 37 bakalavr və 55 magistrant olmaqla, ümumilikdə 92 nəfər universiteti fərqlənmə diplomu ilə bitirib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova
əlamətdar gün münasibətilə məzunları, valideynləri, universitetin professor-müəllim heyətini öz adından, eləcə də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun adından təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlardan söz açıb. O, məzunları gələcək fəaliyyətlərində Azərbaycan Texniki Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb.


Sonra AzTU-nun kafedra müdiri, Milli Məclisin deputatı, professor
Rüfət Quluyev, AzTU Nəzarət Şurasının sədri professor Şahlar Əsgərov
, eləcə də, bu əlamətdar gündə çıxış edən digər qonaqlar da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Qeyd olunub ki, ali təhsilli bu mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.

Daha sonra məzunlar çıxış edərək gələcəyin yüksəkixtisaslı mühəndisləri olacaqlarına, professor-müəllim heyətinin etimadını doğruldacaqlarına söz veriblər.

Rəsmi hissənin sonunda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup məzuna Fəxri fərmanlar, fərqlənmə diplomları xatirə hədiyyələri təqdim edilib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: