Rumıniyanın Piteşti Universitetinin alimləri AzTU-nun rektoru ilə görüşüblər

Rumıniyanın Piteşti Universitetinin alimləri AzTU-nun rektoru ilə görüşüblər 2019-cu il İyulun 5-də Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov ERASMUS+ çərçivəsində iyulun 1-5 tarixlərində AzTU-da olan Rumıniyanın Piteşti Universitetinin “Elektronika, kommunikasiya və kompüter elmləri” fakültəsinin dekanı, professor Mihai Oproescu və Doktorantura məktəbinin direktoru, professor Gheorghe Gavriloaianı qəbul edib.

Görüşdə rektor Piteşti Universiteti ilə mövcud əlaqələrdən danışaraq onlarla əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Rektorla görüşdə qonaqlar AzTU-nun müasir tədris prosesi, uyğun fakültələri ilə yaxından tanış olduqdan sonra həm bakalavr, həm magistr səviyyəsində ikili diplom əməkdaşlığına hazır olduqlarını bildiriblər.

Görüşdən sonra qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıblar.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: