20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün İtaliyada səfərdə olublar.
Dünyanın 200-dən çox universitetinin rektoru və 700-dən çox nümayəndə heyətinin iştirak etdiyi tədbir Bolonya Universitetinin qədim Arxigimnaziya binasından tədbirin keçirildiyi Palazo Re Enzo binasına qədər rektorların təntənəli yürüşü ilə başlayıb.
UNESCO-nun Təhsil üzrə direktor müavini Stefania Giannini, Avropa Universitetlər Assosiasiyasının prezidenti Michael Murphy, Rumıniya BFUG-nın həmsədri Cristina Chitulica, Bolonya Universitetinin rektoru Francesko Ubertini, İtaliya təhsil naziri Marco Bussetti və digər rəsmilərin çıxışlarında Bolonya prosesinin təhsilə verdiyi yeniliklərin əhəmiyyətindən danışılıb.
İyunun 25-də tədbirin 5 panel iclasından biri olan “Davamlı inkişaf üçün liderliyin təmin olunmasında ali təhsilin rolu” adlı iclasında AzTU-nun nümayəndə heyəti iştirak edib və bu sahədə pilot universitet olmaq təklifi Universitetlərin Beynəlxalq Assosiasiyasının baş katibi xanım Hilligje Vant Land ilə müzakirə edilib.
Səfər çərçivəsində 15-dək universitetin rektorları ilə görüşlər keçirilib və AzTU ilə ikitərəfli ələqələrin yaradılması istiqamətində ilkin razılıqlar əldə edilib.
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.