TƏBRİK EDİRİK!...
Azərbaycan Texniki
Universitetinin (AzTU)
rektoru,
Əməkdar elm xadimi,
iqtisad elmləri doktoru,
professor Vilayət Vəliyevin əmri ilə
texnika elmləri üzrə
fəlsəfə doktoru,
dosent
İmran Alı oğlu Yolçuyev
həmin ali məktəbin
Tədris hissəsinin müdiri
vəzifəsinə
təyin edilib.
Biz də hörmətli İmran müəllimi
yeni vəzifəyə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Azərbaycan Texniki
Universitetinin (AzTU)
rektoru,
Əməkdar elm xadimi,
iqtisad elmləri doktoru,
professor Vilayət Vəliyevin əmri ilə
texnika elmləri üzrə
fəlsəfə doktoru,
dosent
İmran Alı oğlu Yolçuyev
həmin ali məktəbin
Tədris hissəsinin müdiri
vəzifəsinə
təyin edilib.
Biz də hörmətli İmran müəllimi
yeni vəzifəyə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
İmran Alı oğlu Yolçuyev - 28 mart 1965-ci ildə Qərbi Azərbaycanda,
indiki Ermənistan Respublikasının Kalinin rayonundakı
Qaraqala kəndində anadan olub.
1973-1983-cü illərdə orta məktəbdə oxuyub. .
1983-cü ildə orta məktəbi “əla” qiymətlərlə bitirib və Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Avtomatika və kompüter texnikası” fakültəsinin “Maşınqayırmanın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi” ixtisasına daxil olub.
1984-1986-cı illərdə Sovet ordusunda xidmət edib.
1990-cı ildə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirdikdən sonra həmin institutun “İstehsal proseslərinin avtomatlaşdırılması” (indiki Avtomatika və idarəetmə) kafedrasında mühəndis-tədqiqatçı, 1992-ci ildə baş laborant, 1993-cü ildə assistent, 1996-cı ildə baş müəllim vəzifəsinə seçilib.
2011-ci ildə 05.13.05 (Hesablama texnikasının və idarəetmə sistemlərinin element və qurğuları) ixtisası üzrə “Mexaniki emal proseslərində ultrasəs vibrasiyalı intiqalın səmərəliliyinin yüksəldilməsi” mövzulu dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarının rəhbəri vəzifəsində işləyib.
2016-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb.
Hal-hazırda “Avtomatika və idarəetmə” kafedrasının dosenti vəzifəsində çalışır.
1 dərslik, 3 dərs vəsaiti, 4 metodik vəsaitin, 40 elmi məqalə və 1 ixtiranın müəllifidir.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
AzTU-nun rektoru, professor Vilayət Vəliyevin əmrinə əsasən 9 sentyabr 2019-cu il tarixindən Tədris hissəsinin müdiri vəzifəsini icra edir.
Ailəlidir, iki övladı var.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.