AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir

AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor
Vilayət Vəliyev universitetin prorektor, dekan, kafedra, şöbə müdirləri və bütün fakültələrin fəal tələbələrinin iştirakı ilə yeni tədris ilinin başlanması ərəfəsində geniş iclas keçirib.


Rektor təhsilin səviyyəsinin yüksəldilməsi, müəllim-tələbə münasibətləri, tələbələrin sosial problemlərinin həlli, elmi tədqiqat işlərinin effektliyinin artırılması ilə bağlı konsepsiyasının müddəalarını tezislər şəklində diqqətə çatdırıb.

Azərbaycan dövlətçiliyinin gücləndirilməsi üçün Prezident İlham Əliyevin təhsil sahəsində qarşıya qoyduğu tələblərdən danışan rektor AzTU-nun nüfuzlu ali məktəb kimi rol və imicinin artırılmasının önəmini vurğulayıb. Professor qeyd edib ki, AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir.

Azərbaycan sənayesi üçün kadr və mütəxəssis hazırlanmasında AzTU-nun geniş imkanlara sahib olduğunu qeyd edən rektor çıxışında həlli vacib problemlərdən, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün görüləcək işlərdən danışıb, tapşırıq və tövsiyələrini verib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: