TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər2019-cu il Sentyabrın 12-də TVİNNİNQ layihəsinin Fransa, Litva və Latviyadan olan rəhbərləri
Azərbaycan Texniki
Universitetində (AzTU)
olublar.


AzTU-nun rektoru,
professor Vilayət Vəliyev

TVİNNİNQ Layihəsinin böyük layihə rəhbəri Bruno Kurval (Fransa), layihə rəhbərləri Giedrius Viliunas (Litva)Baiba Raminanı (Latviya) qəbul edib və onlara
AzTU haqqında ətraflı məlumat verib.

Görüşdə TVİNNİNQ layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələr müzakirə edilib və AzTU-da layihə çərçivəsində görülən işlərdən danışılıb.

Eyni zamanda TVİNNİNQ layihələrinin tətbiqinin ali təhsilin modernləşdirilməsi, beynəlləşdirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaratdığı bildirilib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: