professor-müəllim heyəti və
universitetimizin kollektivi!
Sizi yeni tədris ilinin başlanması münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, təhsildə, elmi və yaradıcılıq fəaliyyətinizdə uğurlar arzulayıram.
Yeni tədris ilində müəllim-tələbə birliyi nümayiş etdirərək universitetimizin elm və təhsil potensialının artırılması, sənaye işbirliyinin yaradılması sahəsində köklü islahatlar aparacaq, əmək bazarını daim diqqətdə saxlayacaq və idarəetməni müasir səviyyəyə qaldıracağıq.
Elmi tədqiqatları və təhsili beynəlxalq keyfiyyət standartları əsasında təşkil edərək tədrisin keyfiyyətini artıracaq, tələbələrin, gənc alim və mütəxəssislərin intellektual inkişafını, elmi-texniki yaradıcılıq fəaliyyətini stimullaşdıracağıq.
Tələbələrin praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığının formalaşdırılması istiqamətində konkret tədbirlər görəcəyik.
Tarixi ənənəsi olan universitetimizin müasir imicinin formalaşmasına xələl gətirən bütün xoşagəlməz hallara qarşı qətiyyətlə mübarizə aparacağıq.
Universitetimizin xarici əlaqələrini genişləndirəcək, onunnüfuzunun qaldırılması və regionda aparıcı universitetə çevirilməsi istiqamətində dönüş yaradan köklü fəaliyyətə başlayacağıq.
Əminəm ki, ölkəmizdə aparılan məqsədyönlü sənaye siyasəti çərçivəsində dövlət, elmi-tətqiqat və biznes əlaqələri vəhdətinin yeni müstəvidə təşəkkülü üçün qarşımıza qoyduğumuz bu çox ciddi hədəflərə sizinlə birgə müəllim-tələbə həmrəyliyi ilə nail olacaq, çiçəklənən doğma Azərbaycanımıza layiqli övladlar yetişdirərək iqtisadiyyatımızın tələb etdiyi yüksəkixtisaslı müasir texniki kadrları hazırlayacağıq.
Bir daha hamınızı ürəkdən təbrik edir, universitetimizin dəyərlərinin qorunub saxlanılmasında və müasir texnoloji inkişafa doğru fəaliyyətinizdə uğurlar arzulayıram.
Vilayət VƏLİYEV,
AzTU-nun rektoru,
Əməkdar elm xadimi,
iqtisad elmləri doktoru,
professor
ZiM.Az
.