AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb 2019-cu il Sentyabrın 24-də Azərbaycan Texniki Universiteti (AzTU) və
166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


AzTU-nun rektoru, professor Vilayət Vəliyev
universitetdə tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq 166 Global Logistics MMC ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.

AzTU və 166 Global Logistics MMC arasında ortaq logistik-akademik fəaliyyətin başladılmasını nəzərdə tutan əməkdaşlıq müqaviləsi mövcud qanunvericiliyə və tərəflərin öz nizamnamələrinə uyğun olaraq hazırlanıb.

Müqavilədə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi, birlikdə layihələrin hazırlanması, gənc kadrların fərdi inkişafı, startapçıların layihələrinin reallaşdırılmasına dəstək, müasir texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması, təhsildə fərqlənən tələbələrə təqaüdlərin verilməsi və s. müddəaların qarşılıqlı əməkdaşlıqla həyata keçirilməsi nəzərdə tutulub.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: