AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetin I kurs tələbələri ilə görüşüb

AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetin I kurs tələbələri ilə görüşübAzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetin I kurs tələbələri ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor
Vilayət Vəliyev universitetin I kurs tələbələri ilə görüşüb.


İlk öncə dövlətin təhsilə olan qayğısından danışan rektor tələbələri təbrik edib və onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. XXI əsrin yüksək texnologiyalar əsri olduğunu söyləyən Vilayət Vəliyev bu ali məktəbdə tədris metodlarının təkmilləşdirilməsinin, müasir laboratoriyaların təşkilinin, yüksəkixtisaslı mühəndis kadrların hazırlanması üçün maddi-texniki bazanın yüksəldilməsinin, istedadlı tələbələrə qayğı göstərilməsinin və şərait yaradılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq əlaqələrin genişləndirilməsindən, universitetdə uğurla həyata keçiriləcək layihələrdən söz açan rektor tələbələri bu layihələrdə iştirak etməyə çağırıb və təhsil sisteminin qaydalarına məsuliyyətlə yanaşmalarını, nizam-intizam şətlərinə əməl etmələrini tövsiyə edib.

Tələbələrlə səmimi və ata qayğısıyla danışan professor Vilayət Vəliyev bütün hallarda tələbələrin yanında olacağını, onları narahat edən problem olduqda isə rəhbərliyə müraciət etmələrini bildirib.

Rektor tələbələrin irad və təkliflərini dinləyib, suallarını ətraflı cavablandırıb.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: