AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib

AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib AzTU-da yeni tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib 2019-cu il sentyabrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU)
2019-2020-ci tədris ilinin başlanmasına və
“Bilik Günü”nə
həsr edilmiş təntənəli
tədbir keçirilib.


Tədbir iştirakçılar əvvəlcə
ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra universitetin binası qarşısında bu əlamətdar hadisəyə həsr edilmiş
mitinq keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra AzTU-nun rektoru, professor Vilayət Vəliyev giriş sözü ilə tədbiri açaraq, qonaqları, professor-müəllim heyətini, tələbələri, onların valideynlərini “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Niyazi Səfərov,
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin üzvü cənab Kamran Nəbizadə,
Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti, professor Məmməd Musayev,
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu xanım Hüseynova,
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazım Talıbov,
Azərbaycan Respublikasının Kiçik və Orta Biznes İnkişafı Agentliyi İdarə Heyətinin sədr müavini Nadir Qulamov,
“Təmiz Şəhər” ASC-nin
İdarə Heyətinin sədri
Etibar Abbasov,
166 Global Logistics LLC şirkətinin Baş meneceri Ruslan İmamquliyev,
Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov,
eləcə də, AzTU İctimai Şuranın sədri, professor Şahlar Əsgərov,
AzTU Ağsaqqallar Şurasının sədri, "Maşın hissələri" kafedrasının məsləhətçi-professoru Ayaz Abdullayev və başqaları çıxış edərək,
yeni qəbul olunmuş tələbələri təbrik ediblər, onların bilikli, özünə inanan, iradəli mütəxəssis kimi və ən əsası, Vətənə faydalı vətəndaş kimi yetişmələrini arzulayıblar.

Daha sonra bu il qəbul imtahanlarında 557,7 bal toplayaraq "Maşın mühəndisliyi” ixtisası üzrə ali təhsilin bakalavr pilləsinə qəbul olan Hüseyn Ərəstun oğlu Məmmədov
129 balla "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə maqistratura plləsinə qəbul olmuş Nuru Fuad oğlu Daşdəmirli daxil olduqları ali məktəbdə biliklərin əsaslarına yiyələnmək, yüksəkixtisaslı mütəxəssis kimi gələcəkdə ölkəmizin iqtisadiyyatına töhfə vermək imkanı əldə etdiyiklərinə görə məmnun olduqlarını söyləyiblər.

Valideynlər adından isə "Sənayenin təşkili və idarə olunması" ixtisasına 468 balla qəbul olmuş İbrahim Nəbiyevin atası, Sumqayıt şəhərində yaşayan, ehtiyatda olan polis işçisi Rahib Bəbir oğlu Nəbiyev çıxış edib, ölkəmizdə gənc nəslin təhsil, təlim və tərbiyəsinə görə göstərilən qayğıdan danışıb.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə tələbə biletləri və xatirə hədiyyələrinin təqdim edilməsi ilə başa çatıb.

Qeyd edək ki, bu il AzTU-nun bakalavr səviyyəsinə 1509, magistratura səviyyəsinə isə 308 gənc qəbul olunub.

Biz də, Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətini və bütün tələbə kollektivini
yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə ürəkdən təbrik edir və onlara
yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: