Təhsil proqramları meneceri Emin Axundov və şirkətin nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevlə görüşüblər.
ZiM.Az xəbə verir ki, professor Vilayət Vəliyev AzTU haqqında nümayəndələrə məlumat verib, universitetdə aparılan islahatlardan danışıb və əməkdaşlıqdan məmnun olduğunu bildirib. Rektor kompüter elmləri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin informasiya texnologiyaları sahəsində inkişafını təmin etmək üçün zəruri olan məsələlərdən söz açıb.
İnformasiya texnologiyaları sahəsindəki yeniliklərdən danışan qonaqlar Microsoft şirkətinin fəaliyyəti, proqramları, keçirdiyi müsabiqələr barədə geniş məlumat veriblər. Qeyd olunub ki, şirkət on beş ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif proqramlar və innovasiyalar yaratmaq, sistemlər qurmaq sahəsində respublikamızda xeyli iş görülüb.
AzTU-nun yüksək potensialını vurğulayan nümayəndələr universitetlə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.
Daha sonra əməkdaşlıq şərtləri müzakirə olunub və ilkin razılıqlar əldə edilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.