Könüllü Gənclər Təşkilatının
“Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
“Bir” Tələbə-Könüllü Proqramı Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsidir.
Tədbirdə proqramın əhəmiyyətindən danışılıb və gənclərə bu layihədə fəal iştirak etmək tövsiyə edilib.
Qeyd olunub ki, adını başlanğıc, dostluq, birlik və həmrəylikdən alan “Bir” Tələbə-Könüllü Proqramındakı bir-birindən maraqlı layihə, tədbirlər bir gəncin arzuladığı bilik və bacarıqları əldə etməyə, digər insanlara yardım əlini uzatmağa imkan yaradacaqdır.
Qeyd edək ki, AzTU tələbələri ötən illərdə “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlərdə həmişə aktiv iştirak ediblər.
İki gün davam edən təqdimat tədbirində nümayəndələr tələbələrlə müxtəlif intellektual oyunlar keçirib, qalib tələbələrə hədiyyələr təqdim ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.