Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-2019-cu tədris ilinin
yay imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan
ali məktəb tələbələrinə
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin (ATİAHİ)
adlı təqaüdünün
təqdim edilməsi ilə bağlı
tədbir keçirilib.


Tədbirdə yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 64 ali məktəb tələbəsinə Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Həmin tələbələr arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitetdə son semestr imtahanlarının nəticələrinə əsasən ən yüksək akademik göstəricisi olan 4 nəfər tələbənin - Tağızadə Faiq, Hüseynova Nüranə, Hüseynov SeymurMehdiyev Süleymanın da adı var.

Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis olunub. Həmin vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2331 tələbə bu təqaüdə layiq görülüb.

ATİAHİ-nin adlı təqaüdünə layiq görülən tələbələri təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: