AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri

AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri “Ağıllı Ev” layihəsi başa çatdırılmışdır

AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və texnologiya fakültəsinin nəzdində fəaliyyət göstərən
Milli Qəhrəman
Çingiz Qurbanov adına
Tələbə İxtiraçılar Klubu
nda
“Günəş enerjisindən qidalanan “Ağıllı Ev”
layihəsi üzərində iş
başa çatdırılmışdır.


Klubun rəhbəri, Elm və İnnovasiyalar Departamentin metroloji xidmət qrupunun mühəndisi
İslam Hüseynov

ZiM.Az-a bildirmişdir ki,
tələbə Fərid Həsənovun
müəllifi olduğu bu layihədən
çox mənzilli yaşayış binalarında
alternativ enerji kimi istifadə edilə
və işıqlandırma sistemi məsafədən
idarə oluna bilər.

Layihəyə Bakı şəhərindən, ölkəmizin müxtəlif regionlarından böyük maraq göstərilir.


AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri Portativ soyuducu və qızdırıcı hazırlanmışdır

Azərbaycan Texniki Universitetinində
“Portativ soyuducu və qızdırıcı cihaz"
üzərində tədqiqat işi yekunlaşmaq üzrədir.
AzTU-nun Tələbə İxtiraçılar Klubundan
ZiM.Az-a bildirmişlər ki, “Univesal daşınabilən” “soyuducu və qızdırıcı cihaz”ın müəllifi Universitetin tələbəsi Murad Qurbanovdur.
Onun sözlərinə görə, yeni cihazdan Azərbaycanın avtomobil nəqliyyatı vasitələrində geniş istifadə edilə bilər.

Yeni ixtira yaxın vaxtlarda lisensiya
və ixtira sənədi almaq üçün
müvaffiq təşkilata təqdim ediləcəkdir.


AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri Məsafədən idarə olunan peyk antena sistemi yaradılmışdır

Azərbaycan Texniki Universitetinin
Xüsusi Texnika və texnologiya fakültəsinin
nəzdində fəaliyyət göstərən
Milli Qəhrəman Çingiz Qurbanov adına
Tələbə İxtiraçılar Klubunun rəhbəri,
Elm və İnnovasiyalar Departamentin
metroloji xidmət qrupunun mühəndisi
İslam Hüseynov ZiM.Az-a bildirmişdir ki,
Universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbəsi Etibar Əliyevin müəllifi olduğu “Məsafədən idarə olunan peyk antena sistemi” adlı yeni layihə baradə xəbəri peyk antenaları istifadəçiləri maraqla qarşılamışlar.

Bu yenilik ölkəmizin hər yerində
geniş tətbiq edilə bilər.

Kiçik ölçülü “Optik lifli rabitə sisteminin modeli” hazırlanmışdır


Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin Tələbə İxtiraçılar klubunda kiçik ölçülü “Optik lifli rabitə sistemin modeli” yaradılmışdır. Tələbələrin hazırladıqları yeni rabitə modeli kiçik ölçülü olması və yığcamlığı ilə əvvəlkilərdən fərqlənir. Azərbaycan Respublikasının daxili rabitə sistemlərində belə rabitə vasitələrinə təlabat çoxdur.
“Optik lifli rabitə sisteminin modeli”nə yiyələnmək istəyənlər Azərbaycan Texniki Universitetinə müraciət edə bilərlər.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: