DİQQƏT, DİQQƏT!..

DİQQƏT, DİQQƏT!.. AzTU professor-müəllim heyətinin və çoxminli tələbə kollektivinin nəzərinə!

Əziz və hörmətli
professor-müəllim heyəti,
universitetimizin ictimai təşkilatları
və sevimli tələbələrimiz!..
Sizə belə bir sualla müraciət etmək arzusundayıq:
Çalışdığınız, dərs dediyiniz, təhsil aldığınız universitetin adını və şərəfini ucaltmaq üçün siz bu günə kimi nə etmisiniz və nələri etməyi qarşıya məqsəd qoymusunuz?..
Gəlin bu haqqda düşünək və suala cavab tapaq.

Deyəcəkləriniz, habelə sualla bağlı təklifləriniz varsa, Universitetimizin çoxtirajlı “Ziya” qəzetinin redaksiyasına yazılı şəkildə müraciət edə bilərsiniz.
Qəzetimizin səhifələrində sizin fikirlərinizə geniş yer veriləcək və beləliklə, aşkarlıq şəraitində keçirilən açıq fikir mübadiləsi ümumi işimizə müsbət impuls verəcəkdir.
Cavablarınızı gözləyir və əvvəlcədən hər birinizə təşəkkürümüzü bildiririk!..

“Ziya” qəzetinin redaksiyası

Ünvanımız:
AzTU, II korpus, 3-cü mərtəbə, 313-cü otaq
.



AzTU tələbələrinin nəzərinə!


Universitetimizdə tələbələrin elmi-texniki və ədəbi-bədii yaradıcılığını dəyərləndirmək və stimullaşdırmaq məqsədilə “Ziya” qəzetinin redaksiyasında Noyabrın 1-dən etibarən yeni “Baxış-Müsabiqə”yə start verilir.
Bu müsabiqədə iştirak etmək istəyən tələbələr öz yaradıcılıq imkanları çərçivəsində əldə etdikləri innovativ yeniliklər barədə məlumatları şifrəli şəkildə Universitetin “Ziya” qəzeti redaksiyasında “Baxış-Müsabiqə” komissiyasına göndərə bilərlər.
Üzərində “Baxış-Müsabiqəyə” sözləri yazılmış yaradıcılıq işlərinə 2019-2020-ci dərs ilinin birinci və ikinci yarısının sonlarıda müsabiqənin münsüflər heyyəti tərəfindən baxılacaq, qaliblər müəyyən ediləcək,
yüksək yer tutanlar haqqında yazılar “Ziya” qəzetində məlumat veriləcək, müəlliflər isə Fəxri dipliom və
xüsusi mükafatlarla təltif olunacaqlar.

“Ziya” qəzetinin Baxış-Müsabiqə Komissiyası

Ünvanımız:
AzTU, II korpus, 3-cü mərtəbə, 313-cü otaq.


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: