AzTU-nun magistrantı Beynəlxalq konfransda iştirak edib

AzTU-nun magistrantı Beynəlxalq konfransda iştirak edib Azərbaycan Texniki Universitetinin (AzTU) “Metallurgiya və metalşünaslıq” kafedrasının magistrantı Samir Hacıyev 17-19 oktyabr 2019-cu ildə Türkiyənin Konya şəhərində yerləşən Karamanoğlu Məhmətbəy Universitetində (KMU) keçirilən Beynəlxalq Mühəndislik və Texnoloji konfransında iştirak edərək “Askeri amaçlar için Metallurji kompozit malzeme mühendisliyi” mövzusunda çıxış edib.

Magistrantımız səfər çərçivəsində mövzu ilə əlaqəli uyğun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış olub.

KMU-da “Bilimsel ve teknoloji Araşdırmalar-Uygulamalar” Mərkəzinin direktoru dos. dr. Faruk Özel tərəfindən magistranta lazımi bilgilər verilib və gələcəkdə elmi-tədqiqat işlərini bu mərkəzdə aparmaq imkanları müzakirə edilib.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: