Azərbaycan aliminə elmi nailiyyətlərinə görə Rumıniyada diplom təqdim olunub

Azərbaycan aliminə elmi nailiyyətlərinə görə Rumıniyada diplom təqdim olunub Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Şahnaz Şahbazova Rumıniyanın Arad Universitetinə “Erasmus+” proqramı çərçivəsində 4 mövzu üzrə
8 saat mühazirə deməyə dəvət olunub.


AzTU-dan ZiM.Az-a bildiriblər ki, məruzələrinə görə ona “Erasmus+” proqramının sertifikatı təqdim edilib.

Professor, həmçinin Arad Universitetində VI “Avropa-Çin verilənlərin intellektual analizi və tətbiqləri”
III “Zəkalı vasitə texnologiyaları, nəqliyyat, rabitə və tətbiqləri” mövzularında keçirilən konfranslarda məruzələrlə çıxış edib.
Ona hər iki konfransın sertifikatı
və elmi nailiyyətlərinə görə
Arad Universiteti tərəfindən
“Üstünlük” diplomu təqdim edilib.

Biz də hörmətli Şahnaz xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: