AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib“Regional İnkişaf”
İctimai Birliyinin
2019-cu il üzrə elan etdiyi
“Sosial layihələr”
müsabiqəsi ilə bağlı
Azərbaycan Texniki
Universitetində (AzTU)
təqdimat görüşü
keçirilib.


Təqdimatda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat verilib.

Xatırladaq ki, müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri əhatə edir.

Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Layihələrin qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qaydada həyata keçirilir.

Müsabiqə barədə riib.az saytından, “150” çağrı mərkəzi və “Sosial layihələr” müsabiqəsinin rəsmi facebook və instagram səhifələri vasitəsi ilə ətraflı məlumat əldə etmək olar.

Facebook: https://www.facebook.com/sosiallayiheler/

Instagram: https://www.instagram.com/sosiallayiheler/

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: