Tələbə Həmkarlar
İttifaqı Komitəsi
tələbələrin rəsm və
əl işlərindən ibarət
sərgi-müsabiqə keçirir.
AzTU-nun mətbuat xidmətindən Zim.Az-a
verilən məlumata görə,
Sərgidə universitetin
tələbələrinin 36 rəsm və
əl işi nümayiş olunur.
Onların arasında
ən qiymətlisi dəyəri
5 min manatdan baha olan gəmi maketidir.
Maketi almaq üçün sahibinə
5 min manat təklif olunsa da,
o, əsərini satmaqdan
imtina edib.
Sərgidə nümayiş olunan
bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli üsulla aparılır.
Qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.