Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri konfransında iştirak ediblər

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri konfransında iştirak ediblər Bu günlərdə Türkiyənin Antalya şəhərində
II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransı keçirilib.
Konfrans Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi və Türk Egitim Senin təşkilatçılığı ilə keçirilib.

ZiM.Az xəbər verir ki, konfransda respublikamızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİK) nümayəndə heyəti təmsil edib.
Heyətə ATİAHİK sədrinin müavini Mirzə Cəfərzadə rəhbərlik edib.

Heyyətin tərkibində Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Akif Cahangirov da konfransda iştirak edib. O, əvvəlcə konfransın plenar içlasda çıxış edib, konfrans iştirakçılarını öz adından və AzTU adından salamlayıb, konfransı yüksək dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb. Sonra A.Cahangirov konfransın "Marşal Fevzi Çakmak Paşa oturumu" bölümündə “Avtomobil nəqliyyatında hibrid texnologiyalarının inkişafının tədqiqi”"Çingiz Aytmatov oturumu" bölməsində "Konturluhalqa şəklində üçkatmanlı takviyəli plakanın taşıma kapasitesi" mövzusunda məruzələri ilə çıxış edib.

AzTU-nun digər əməkdaşı Aybəniz Abdullayeva isə konfransa onlayn olaraq "CDİ-XFEXTE (SE)Epitaksiyel filmlərin yapısı və yüzey morfolojisi" mövzunda məruzəsi ilə qatılıb.

9 bölmədən ibarət olan beynəlxalq konfransda 400-dən çox məruzə dinlənilib və müzakirə olunub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: