Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri AzTU-da olublar

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri AzTU-da olublar Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Azərbaycan Texiniki Universitetində (AzTU) olublar və rektor Vilayət Vəliyevlə görüşüblər.

ZiM.Az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımız üçün tətbiq ediləcək yeni beyinqazanma üzrə proqramın Azərbaycan universitetlərində tətbiq edilməsi haqqında fikir mübadiləsi aparılıb. Həmin proqram Azərbaycan əsilli xarici vətəndaşlar olan gənclərin ölkəmizdə təhsil almasını nəzərdə tutur. Proqram çərçivəsində xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilikləri və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün olkəmizin ali təhsil müəssisələrində mühazirələrin keçirilməsi də planlaşdırılır.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev
bildirib ki, mütəxəssis hazırlamaq
hər bir universitetin öz öhdəsinə düşür.
Rektor bunun üçün dünyanın müxtəlif universitetləri ilə birgə ikili proqramlar hazırlayıb,
təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: