AzTU-nun rektoru Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU-nun rektoru Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşübAzTU-nun rektoru Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU)
rektoru Vilayət Vəliyev
Fələstin Dövlətinin Azərbaycandakı səfiri
Nasir Əbdül Kərimlə görüşüb.


Rektor bildirib ki, görüşün məqsədi Azərbaycan Texniki Universitetinin (AzTU) ərəb ölkələrində daha yaxından tanıdılmasıdır. Azərbaycanda iqtisadiyyatın
və sənayenin inkişafından danışan
Vilayət Vəliyev bunun müasir təhsil
modelində tətbiqinin vacibliyini vurğulayıb.
O, rektor təyin olunduğu son 3 ay ərzində fakültələrin yenidən təşkil olunduğunu, universitetlə əmək bazarı arasında
məsafənin qısaldılması istiqamətində
mühüm işlər görüldüyünü bildirib.
Ərəb ölkələrində ən çox maraq doğuran
süni intellekt, robototexnika kimi
ixtisasların inkişaf etdirilməsi üçün
bir sıra işlər görüldüyünü deyib.

Dəvətə görə təşəkkür edən Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Azərbaycanın islam dövlətləri arasında ən müasir ölkə olduğunu bildirib. Azərbaycan və ərəb ölkələrinin mədəniyyətlərinin çox yaxın olması, eyni zamanda buranın təhlükəsiz ölkələr sırasında qərarlaşması tələbələrin daha rahat təhsil almalarını şərtləndirən əsas amillərdəndir.

Səfir AzTU-nun daha yaxından tanıdılması üçün ilk olaraq ingilis və ərəb dillərində bukletlərin hazırlanıb ərəb ölkələrində, xüsusilə də Fələstində yayılmasının vacibliyini diqqətə çatdırıb. Bukletlərdə həm Azərbaycan, həm də universitet haqqında geniş məlumatın olması tələbələrin ölkə və oradakı təhsil sistemi ilə yaxından tanış olmalarına imkan yaradacaq.

Səfir gələcəkdə AzTU diplomlarının ərəb ölkələrində tanınması istiqamətində yaranmış bütün problemlərin həll olunacağını da bildirib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: