AzTU-nun rektoru həmkarının dəvəti ilə bu günlərdə dünya Elektromobil Birliyinin (WEVA) Avropa qolunun üzvü olan AVERE Türkiyə elektromobil şirkətlərinin məhsul və xidmətlərinin Payız Festivalında iştirak edib.
Festival çərçivəsində rektor Vilayət Vəliyev elektrik maşınları sərgisinə baxıb, pilotsuz nəqliyyat vasitələri - süni intellekt və robototexnika üzrə konfransa qatılıb.
Konfransdan sonra hər iki universitetin rektoru arasında keçirilən görüşdə
AzTU və Boğaziçi Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Həmçinin AzTU-nun AVERE Türkiyənin üzvü olaraq fəaliyyətə başlaması istiqamətində razılıq əldə edilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.