orta və kiçik biznes sahibkarlarını öz ətrafında birləşdirən “WE Club" işgüzarlar klubu və universitetin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının təşkilatçılığı ilə magistr və doktorantlarla sahibkarların görüşü keçirilib.
Görüşdə
Azərbaycan Respublikası
Milli Məclisinin,
Azərbaycan Sahibkarlar Konfederasiyasının,
Kiçik və Orta biznesin inkişafı Agentliyinin və bir sıra tanınmış şirkətlərin təmsilçiləri, fərdi sahibkarlar və AzTU-nun müəllim-tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan AzTU-nun tədris işləri üzrə prorektoru, professor
Xalıq Yahudov qonaqları salamlayaraq universitetin fakültələri və ixtisasları barədə ətraflı məlumat verib.
Daha sonra WE Club-un
fəxri üzvü, Millət vəkili,
AzTU-nun "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının müdiri, iqtisad eelmləri doktoru, professor
Rüfət Quliyev çıxışında
"WE Club”un himayəsi altında keçirilən görüşlərin gələcəkdə əsasən ali məktəblərdə keçiriləcəyini bildirib.
Millət vəkili bu fonda sahibkarları fəal olmağa və yüksəkixtisaslı kadrları əsasən bu məkanlardan seçməyə çağırıb.
Sonra söz qonaqlara - sahibkarlara verilib.
"Opalus Partners Group" şirkətinin təsisçisi və baş direktoru Çimnaz xanım Qasımova "Əməkdaşın artan gözləntiləri və cəlb edilmələri" mövzusunda məruzə ilə çıxış edib.
Çıxışı xüsusi maraqla qarşılanan Çimnaz xanım Qasımova tədbirdən sonra mətbuata verdiyi açıqlamasında qeyd edib ki, "bu görüş fərqli formatda keçirildi. Burada fərdi sahibkar və müxtəlif biznes nümayəndələri ilə yanaşı, universitetin müəllimləri, magistr və doktorantları da iştirak etdilər. Çıxışlardan sonra hamı kimi mənim də tələbələrlə söhbət etmək imkanım oldu. Ölkəmizdə doğrudan da güclü potensialı olan, savadlı və çox perspektivli gənclər var və əminəm ki, bu gənclər irəlidə peşəkar kadrlara çevriləcəklər. Həmçinin, gələcək aylarda Azərbaycan Texniki Universitetində tələbələr üçün master-klass keçirməyi də planlaşdırıram."
"Mətanət A" Şirkətinin departament direktoru
Tural Abbasov və başqaları şıxış edərək, təmsil etdikləri şirkətlər haqqında məlumat veriblər, öz həyat təcrübələrindən, öz şirkətlərin, eləcə də şəxsən özlərinin əldə etdikləri uğurları necə qazanmalarından danışıblar.
Onlar AzTU-nun magistr və doktorantlarına
öz müəssisələrində təcrübə keçmələrini təklif ediblər və müvəffəqiyyət qazanan tələbələrin işlə təmin olunacağını qeyd ediblər.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd də
elə elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələrin öz sahələri üzrə işlə təmin olunmasıdır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.