AzTU-nun "Genesis" KVN komandası qalib oldu

AzTU-nun "Genesis" KVN komandası qalib oldu 2019-cu il Noyabrın 29-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə
"KVN Battle 2019" yarışı keçirilib.


7 ali və orta ixtisas təhsil müəssisəsinin komandalarının iştirak etdiyi yarışda Azərbaycan Texniki Universitetini (AzTU) "Genesis" KVN komandası təmsil edib.

Yekun rəyə əsasən AzTU-nun "Genesis" KVN komandası 1-ci yerə layiq görülüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Ən salamatı" KVN komandası 2-ci,
Odlar Yurdu kollecinin "OYUncaqlar" KVN komandası isə 3-cü yerdə qərarlaşıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qalib komandanın üzvləri ilə görüşüb, onları təbrik edib. Gələcəkdə daha böyük uğurlara imza atmaları üçün tələbələrə uğurlar arzulayıb.

AzTU

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: