AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb Azərbaycan Texniki Universitetində (AzTU)
2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan
Mahir Quliyevin doğum gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları universitetin həyətində Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçən AzTU-nun şəhid məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər muzeyində davam etdirilib.


Rektor Vilayət Vəliyev
AzTU tələbələrinin təkcə elmdə deyil, hərbi sahədə də hər zaman fərqləndiklərini bildirib. Rektor Vətən uğrunda canından keçən şəhid məzunlar haqqında danışıb. Bildirib ki, Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü AzTU-nun məzunlarıdır. Bu gün onlardan biri Mahir Quliyevin doğum günüdür. Vilayət Vəliyev şəhid məzunların qəhrəmanlıqlarının gələcək nəslə nümunə kimi hər zaman universitetdə təbliğ olunacağını bildirib.

Tədbirdə çıxış edənlər şəhid Mahir Quliyev haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin hər zaman yaşayacağını bildiriblər.

Qeyd edək ki, tədbirdə Mahir Quliyevin valideynləri, şəhid anaları, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: