Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Texniki Universitetində (AzTU) "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə "Kitabi-Dədə Qorqud - Fon Dits -200" mövzusunda tədbir keçirib.

Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşdırılıb.

Tədbiri giriş sözü ilə Universitetin rektoru, əməkdar elm xadimi, professor Havar Məmmədov açaraq bu gün Azərbaycanda elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verildiyini deyib. Rektor Bilik Fondunun texniki təmayüllü ali məktəblərdə də Dədə Qorqudla bağlı tədbirlər keçirməsini alqışladığını deyib. “Kitabi-Dədə Qorqud” boylarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan rektor peşəsindən, ixtisasından asılı olmayaraq, hər bir azərbaycanlının dastan qəhrəmanlarını sevdiyini dilə gətirib. O, qeyd edib ki, “Kitabi-Dədə Qorqud” abidəsinin nəşr edilməsi və dünyaya tanıdılması Azərbaycan xalqının həyatında əlamətdar hadisələrdən biridir. “Dədə Qorqud” dastanı ilə bağlı ölkəmizdə indiyədək çoxlu araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO-nun xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi bu abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. İ.Vəliyev dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq Bilik Fondunun respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

AMEA Folklor İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, onun dünya folklorunda və dastanşünaslığında özünəməxsus yerinin olduğunu vurğulayıb. Milli-mənəvi irsin qorunub yaşadılmasında, bugünkü gəncliyin yüksək əxlaqi dəyərlərə yiyələnməsində və yeni nəsillərin azərbaycançılıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyan “Dədə Qorqud” dastanında qəhrəmanlıq, sədaqət, anaya məhəbbət, qadına hörmət, vətən sevgisi kimi duyğuların təcəssümündən danışan mütəxəssis müəllimləri və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Bir sözlə, tədbir Azərbaycan Texniki Universitetinin professor-müəllim və tələbə heyətinin böyük marağına səbəb olub.

Müşfiq BORÇALI.


Bax: "Azərbaycan müəllimi" qəzeti - - My Webpage




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: