AzTU-da ilk dəfə tələbə-rektor seçilib

AzTU-da ilk dəfə tələbə-rektor seçilib AzTU-da ilk dəfə tələbə-rektor seçilib 2019-cu il noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla
öz seçimlərini ediblər.

AzTU-nun 7 fakültəsindən seçilən hər bir namizəd universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər.


Çıxışlardan sonra tələbə-rektor namizədlər arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən hər bir namizəd şəxsən özünə və
özü ilə yanaşı digər 1 nəfər namizədə səs verə bilər.

Səsvermənin nəticəsinə görə, AzTU-nun ilk tələbə-rektor seçkisinin qalibi - “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin II kurs tələbəsi
Əli Abdullazadə
olub.

Seçkidən sonra AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Bir il müddətinə seçilən tələbə-rektor, ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.

Xatırladırıq ki, Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub.
Yasamal rayonundakı 52 nömrəli məktəbin məzunudur.
O, Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: