AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunub

AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunub AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunubAzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunub2019-cu il dekabrın 19-da Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin ixtisasları üzrə təcrübələrinin artırılması məqsədi ilə Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunub.

Tələbələr Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş laboratoriyası ilə tanış olublar.
Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.


Daha sonra tələbələr Yüksək Texnologiyalar Parkı tərəfindən istehsalı, marketinqi və logistikası həyata keçirilən dünya standartlarına cavab verən mühərrik və sürtkü yağları, habelə onların istehsal prosesi ilə tanış ediliblər. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.

Tələbələr həmçinin Yüksək Texnologiyalar Parkında müxtəlif növ elmi-tədqiqat təyinatlı pilotsuz uçuş aparatları ilə də tanış olublar. Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti tələbələrin böyük marağına səbəb olub.

Ekskursiyadan sonra Yüksək Texnologiyalar Parkının direktoru Elton Məmmədov akt zalında tələbələrlə görüşərək onlarla fikir mübadiləsi aparıb.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: