AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib

AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilibAzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilibAzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib 2019-cu il dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Təhsil Nazirliyi, AzTU və Türkiyə Cümhuriyyəti Yükseköğretim Kalite Kurulunun təşkilatçılığı ilə
"Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya"
I beynəlxalq elmi-praktiki konfransı öz işinə
başlayıb.

İştirakçılar əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.


Qonaqları salamlayan
AzTU-nun rektoru
Vilayət Vəliyev
konfransın əhəmiyyətini vurğulayıb, müasir dövrdə elmlə texnikanın kəsişməsinin meydana çıxardığı yeni istiqamətlərdən danışıb. Rektor Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, Assosiasiyanın yaradılması qardaş ölkələrin universitetləri arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Nicat Məmmədli

Azərbaycan Prezidentinin ötən il imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Türkiyə universitetləri ilə mühüm işbirliyinin yarandığını bildirib. Qeyd edib ki, məhz həmin proqrama uyğun olaraq növbəti tədris ilindən Azərbaycan vətəndaşları ikili diplom proqramları əsasında təhsil alacaqlar. Hazırda dünyanın 500 ən yaxşı universitetində Azərbaycan vətəndaşlarının doktorantura təhsillərini dövlət hesabına davam etdirdiyini diqqətə çatdıran nazirliyin şöbə müdiri bunun gələcəkdə dünya ali məktəblərinin təcrübəsinin ölkəmizdə tətbiq olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb. Nicat Məmmədli AzTU-nun rektoru Vilayət Vəliyevin Azərbaycan-Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təşəbbüsünü müsbət qiymətləndirdiyini və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Dövlətlərarası iqtisadi aktivlik göstəricilərindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Azərbaycan-Türkiyə universitetlərinin birliyinin iki ölkənin təhsil və elmi inkişafına böyük töhfələr verəcəyini qeyd edib.

Tədbirdə çıxış edən türkiyəli qonaqlar konfransın əhəmiyyətindən danışıblar və ölkələrimizin universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

İşini 6 bölmə iclasları ilə davam etdirən konfrans dekabrın 20-də yekunlaşıb.


AzTU-da keçirilən beynəlxalq konfrans yekunlaşıb

AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) dekabrın 20-də “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı çərçivəsində “Süni intellekt” mövzusunda dəyirmi masa keçirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev süni intellekt fəlsəfəsində texnikanın rolu və fəlsəfi məqamları barədə fikirlərini bölüşüb. Rektor çıxışında beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və təşkilat komitəsinə təşəkkür edib.

Tədbirdə təhsil eksperti Etibar Əliyevin “Süni intellektin fəlsəfəsi”ATL Tech şirkətinin nümayəndəsi Ələkbər Vəlizadənin “Süni intellektin tətbiq imkanları” mövzularında çıxışları dinlənilib.

Daha sonra üç gün davam edən konfransın yekun toplantısı keçirilib. Toplantıda konfransın bəyannaməsi oxunub və müzakirə edilib.

Qeyd olunub ki, 6 bölmə üzrə təşkil olunan konfransa 315 məqalə təqdim olunub və elmi məqalələr toplu şəkildə çap olunub.

Tədbirdə bölmə iclasları rəhbərlərinin hesabatları dinlənilib və fərqlənən məqalələrin müəlliflərinə sertifikatlar təqdim edilib.

AzTU-nun rektoru beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransında iştirak edən türkiyəli qonaqlarla görüşüb.

Rektor bildirib ki, konfransın nəticəsi olaraq Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması üçün hazırlıqlara yaxın günlərdə başlanılacaq. Bundan başqa, AzTU-nun Türkiyə üzrə xüsusi nümayəndəsinin də təyin olunacağı planlaşdırılır. Bu, AzTU ilə Türkiyə universitetləri arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən türkiyəli qonaqlar konfransın yüksək səviyyədə keçirilməsinə görə Vilayət Vəliyevə təşəkkür ediblər.
Qonaqlar AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə texniki təhsil sahəsində qardaş ölkələrin universitetləri arasında təcrübə mübadiləsinin önəmi vurğulanıb.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: