AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıbAzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb AzTU-da 20 Yanvar faciəsi anılıb Azərbaycan Texniki Universitetində (AzTU)
20 Yanvar faciəsinin
30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları universitetin foyesində
faciə qurbanlarının
xatirəsinə həsr olunan
fotosərgiyə baxıblar.

Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü
uğrunda həlak olan
Vətən övladlarının xatirəsi
bir dəqiqəlik sükutla
yad edilib.

Tədbirdə AzTU Televiziya Studiyasının hazırladığı
20 Yanvar şəhidi, universitetin tələbəsi İlqar Əhmədova həsr olunmuş “Azadlıq fədaisi” sənədli filmi nümayiş olunub. Filmdə şəhidin müəllimləri və qrup yoldaşları onunla bağlı xatirələrindən danışıblar.


AzTU-nun rektoru
Vilayət Vəliyev
20 Yanvar hadisələri barədə məlumat verib. Bildirib ki, Qanlı Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və onun tərkibində çoxluq təşkil edən erməni silahlılarının xalqımıza qarşı birgə həyata keçirdiyi faciə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də faciə qurbanlarının əziz xatirəsinin yad olunmasını hər zaman diqqətdə saxlayır, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif fərmanlar, sərəncamlar imzalayır. Dövlət başçısının "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" imzaladığı sərəncamı da bunun bariz nümunəsidir.

Daha sonra Prezident kitabxanasının şöbə müdiri, Dövlət Mükafatı Laureatı Nazim Mustafa, AzTU-nun nəzdində Bakı Texniki Kollecin tədris işləri üzrə direktor müavini əvəzi Cəlal Qardaşov (şəhid İlqar Əhmədovun tələbə yoldaşı) və digərləri bu hadisələrə zəmin yaradan tarixi faktlardan danışıblar.

Anım mərasimi 20 Yanvar Şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: