AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıbAzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb2020-ci il Yanvarın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Abşeron Logistika Mərkəzinin direktoru
Ziya Ağayev və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Rektor qonaqlara universitet haqqında ətraflı məlumat verib. AzTU-nun Abşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor qarşılıqlı elmi, nəzəri və ustad dərslərinin, həmçinin seminarların keçirilməsi ilə bağlı təkliflər səsləndirib.

Abşeron Logistika Mərkəzinin direktoru
Ziya Ağayev
görülən işlər və layihələr haqqında danışıb, Mərkəzin mütəxəssislərinin AzTU tələbələrinə seminarlar keçməsi ilə bağlı təklifi müsbət qarşıladığını bildirib. Direktor AzTU məzunlarının Mərkəzdə işlə təmin olunacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşdən sonra AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: