AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları
universitetin fəxri məzunu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovla
onun iş yerində görüş keçiriblər.


Mikayıl Abbasov
1993-cü ildə AzTU-nun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirib və karyerasına elə həmin il universitetin Elmi şurasının qərarı ilə mühəndis-tədqiqatçı kimi başlayıb.
Daha sonra Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük elmi mexanik, sex rəisi, baş mühəndis, şöbə rəisi vəzifələrində işləyib.
Texnika elmləri namizədi elmi dərəcəsi alan Mikayıl Abbasov 2006-cı ildən Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İB-nin texniki direktorudur.
Məzunumuz “Əməkdar mühəndis”, “Rabitə ustası” fəxri adları və “Tərəqqi” medalına layiq görülüb.

Söhbət zamanı Mikayıl Abbasov vurğulayıb ki, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İB-nin baş direktoru, "11-ci dərəcəli mühəndis" Əflatun Şərifov, həmçinin birliyin işçi heyətinin 95 faizi AzTU-nun məzunlarıdır.
Bildirilib ki, qurum bundan sonra da AzTU ilə əməkdaşlığı inkişaf etdirəcək.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: