AzTU İspaniya universitetləri ilə əməkdaşlıq edəcək

AzTU İspaniya universitetləri ilə əməkdaşlıq edəcək Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Madrid Politexnik Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Mühəndisləri Ali Texniki Məktəbinin energetika departamentinin əməkdaşı Jorge Servetlə görüşüb.

Rektor qonağa universitetdə aparılan islahatlar və bu yaxınlarda Türkiyəyə etdiyi işgüzar səfər barədə
məlumat verib.
Bildirib ki, AzTU həm Türkiyə, həm Avropa, o cümlədən İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlıdır.

Qonaq İspaniya universitetlərinin texniki təhsil sahəsində gördüyü işlərdən danışıb.

Söhbət zamanı tələbə-müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: