AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq 2020-ci il 1-7 mart tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvininq layihəsi çərçivəsində Azərbycan Respublikası Təhsil Nazirliyinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları və BDU, AzTU, BMU, ADNSU, SDU-nun prorektorlarından ibarət nümayəndə heyəti Fransada səfərdə olub. Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) prorektor Sübhan Namazov təmsi edib.

Məqsəd Fransanın təhsil sistemi ilə tanışlıq və oradakı təcrübənin öyrənilməsidir.

Səfər çərçivəsində Fransa Ali təhsil, Elmi tədqiqat və İnnovasiyalar nazirliyi, Fransanın Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Fransa Beynəlxalq Təhsil Təşkilatı, Fransanın Versal St-Quentin-en-Yvelines Universiteti, Strasburq Universiteti və Cergy Paris Unuversitetində müxtəlif görüşlər keçirilib.

Görüşlərdə universitetlərin beynəlxalq əlaqələrinin inkişafı və tələbələrin əmək bazarına uyğunlaşması sahəsindəki təcrübələri barədə məlumat verilib.

Nümayəndə heyəti Fransa ali təhsil sistemində son 10 il ərzində aparılan islahatlarla tanış olub.
Həmçinin Fransa universitetlərinin tədris prosesi, təhsil proqramlarının müasirləşdirilməsi istiqamətində görülən işlər də nümayəndə heyətinin diqqətinə çatdırılıb.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: