AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara Bayram təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara Bayram təbrikiƏziz və dəyərli xanımlar!

Sizi, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və xoşbəxtlik arzulayıram!


Bildiyimiz kimi, 1918-ci ildə Xalq Cümhuriyyətinin qərarı ilə Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. Məhz o vaxtdan başlayaraq qadınlar ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamağa başlayıb. Əsrlərdən bu günümüzə gələn adət-ənənələrimizin və milli dəyərlərimizin qorunmasında, gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının rolu şəksizdir. Övladının Vətəninə, xalqına layiqli vətəndaş kimi yetişməsində əsas missiya isə anaların üzərindədir. Analıq kimi müqəddəs zirvəyə yüksələn, həyatın bütün çətinliklərini gözə alan qadınlarımız nümunəvi cəmiyyətimizin əsas sütunlarından biridir.

Bu gün ölkəmizin təhsil həyatında öz yeri olan Azərbaycan Texniki Universitetində də xanımlar çalışır, təhsil alır. Bununla elmimizə və təhsilimizə böyük töhfə verirlər. Məhz onların timsalında bütün Azərbaycan xanımlarını bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizə gələcək fəaliyyətnizdə uğurlar arzu edirəm.

Bayramınız mübarək!


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: