"Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq

"Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq”  fakültəsinin filialı açılacaq "Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq”  fakültəsinin filialı açılacaqAzərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Baku Steel Company” MMC şirkətində işgüzar görüş keçirib.

Görüşdə iştirak edən AzTU-nun məzunu və "Baku Steel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov universitetlə şirkətin uzunmüddətli əməkdaşlığından söz açıb.

Bildirib ki, hazırda “Baku Steel Company”də AzTU-nun 626 tələbəsi metallurgiya sahəsi üzrə istehsalat təcrübəsində iştirak edir.
Universitetin 135 məzunu isə şirkətin işçisidir.

Qeyd olunub ki, universitetlə şirkətin əməkdaşlığının on illiyi ilə bağlı "Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq. Filial Azərbaycan Texniki Universiteti ilə Baku Steel Company MMC şirkətinin birgə Tədris Mərkəzi adlanacaq. Artıq bununla bağlı hər iki tərəf arasında saziş imzalanıb

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: