AzTU-nun rektoru UNEC-də distant tədris prosesi ilə tanış olub

AzTU-nun rektoru UNEC-də distant tədris prosesi ilə tanış olub Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris olunan distant dərslərin təşkili prosesi ilə tanış olub.
Məqsəd hər iki universitet arasında distant və onlayn təhsillə bağlı təcrübə mübadiləsinin aparılmasıdır.


“UNEC Ekstern”də tədris olunan distant dərsləri izləməzdən öncə rektor Vilayət Vəliyev tibbi profilaktik müayinədən keçirilib.
UNEC rektoru Ədalət Muradov “UNEC Ekstern”nin fəaliyyəti haqqında məlumat verib.
Sonra hər iki rektor distant dərs prosesini izləyib. Vilayət Vəliyev UNEC-də tətbiq olunan distant tədrisi yüksək qiymətləndirib.
Bildirib ki, AzTU-nun elektron təhsil sistemi distant texnologiyalar əsasında dərslərin əksəriyyətinin keçirilməsinə imkan verir.
Hər bir tələbə öz kabinetinə daxil olaraq fənlər üzrə elektron təhsil materialları ilə (mühazirə konspektləri, məşğələ materialları, kurs işi və kurs layihələri yerinə yetirmək üçün tədris vəsaitləri, video dərslər, animasiyalar və s.) tanış ola bilər.
Eyni zamanda, müəllim və tələbələr mövcud dərs qrafiklərinə uyğun olaraq elektron təhsil sisteminin forum bölməsinə daxil olub onlayn sual-cavabda iştirak edə bilər.

Görüşdə UNEC-in distant təhsillə bağlı təcrübəsinin AzTU-da tətbiqi məsələsi müzakirə olunub.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: