AzTU-nun Elmi Şurasının növbəti iclası onlayn keçirilib

AzTU-nun Elmi Şurasının növbəti iclası onlayn keçirilib 2020-ci il Aprelin 2-də Azərbaycan Texniki Universitetinin (AzTU)
Elmi Şurasının növbəti onlayn iclası keçirilib.


İclasın gündəliyində onlayn dərslərin gedişi, yeni tədris planlarının formalaşdırılması, kurs işi, kurs layihəsi, məşğələ, laboratoriya dərslərinin təşkilində yeni yanaşmalar, universitetin rəmzləri, sənayedə AzTU-nun kafedrasının yaradılması, Azərbaycanda texniki təhsilin əsasının qoyulmasının 133 illiyi və Azərbaycan Texniki Universitetinin yenidən təşkilinin 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması barədə məsələlər yer alıb.

Yüksək aktivlik şəraitində keçən Elmi Şurada əksər şura üzvləri müzakirələrə qatılıb, çoxsaylı təkliflər veriblər və gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: