Dünyada gedən tarixi proseslər bir daha göstərir ki, müdirik lideri olan xalq, xoşbəxt xalqdır.
Biz bu müdirikliyi, Lider şəxsiyyəti Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən Ulu öndər, ümummilli lider Heydər Əliyevin timsalında görmüşük.
Ulu öndər xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdarkən “ mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyərək mübarizə meydanına atılan, xalqımızı vətəndaş müharibəsi astanasından, dünya xəritəsindən silinmək təhlükəsindən necə xilas etmişsə, demokratik və hüquqi bir dövlət qurmuşsa, Sizdə 2003-cü ildə hələ vəzifənizin icrasına başlama-mış bədniyyətlilərdən müstəqilliyimizi qorumaq naminə özünüzü sipər etdiniz. Azərbaycanı böyük təhlükələrdən qorudunuz.
Son 17 ildə Azərbaycan gündən-günə inkişaf etmiş, iqtisadiyyatımızın yüksəlməsi, əhalinin həyat tərzinin yaxşılaşması, şəhər və rayonlarımızın abadlaşması, təhsilimizin inkişafı, Avropaya inteqrasiya prosesinin yüksəlməsi, ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması bilavasitə Sizin adınız və fəaliyyətinizin nəticəsidir. Bütün bunlar Azər-baycan xalqı və onun tərkib hissəsi olan biz ziyalılar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün Sizin timsalınızda uğurla davam etdirilir. Ölkəmizdə yeni islahatlar aparılır. Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasəti davam etdirilir. Yüksək intellektli, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər ölkənin ictimai-siyasi həyatında əsas rol oynayırlar.
Dünyanı bürüyən karonavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz düşünülmüş tədbirlər, xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlər biz ziyalılar tərəfindən yüksək dəyərləndirilir. Sizin təşəbbüsunüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, fonda ilk olaraq bir illik əmək haqqınızı köçürməniz, virusun geniş yayılmaması üçün xalqa müraciət etməniz, bu çətin günlərdə hamını bir olmağa, izolyasiya qaydalarına əməl etməyə çağırmanız biz ziyalıların, bütün Azərbaycan vətəndaşlarını ürəkləndirdi. Sizin Azərbaycan xalqının qarantı və hər bir vətən-daşın Prezidenti olmağınızı bir daha sübut etdi.
Hörmətli cənab Prezident, həmişə olduğu kimi bu çətin günlərdə ölkəmiz və xalqımız üçün göstərdiyiniz fədakarlıq, qəbul etdiyiniz qərarlar, keçirdiyiniz görüşlər, açılışını etdiyiniz obyektlər bir daha xalqın yanında olduğunuzu göstərdi. “Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, açılışda səmimi çıxışınız, tövsiyyələriniz, tibbi maska istehsalı müəssisəsinin açılışı, yeni olaraq 6 xəstəxananın tikilməsinə göstəriş verməniz, Sizin xalqın yanında olmanızı və daima ölkə vətəndaşlarını düşünməyinizin göstə-ricisidir. Bunlarla yanaşı Siz yalnız Azərbaycanda yaşayanları yox, bütün dünyada yaşayan və səfərlərdə olan soydaşlarımızın da qayğısına qaldığınız üçün, onlara ən yüksək səviyyədə dayaq durduğunuz üçün Azərbaycan xalqının bir hissəsi olan biz, ziyalılar Sizə minnətdarlıq edirik.
Hörmətli cənab Prezident, xalqımızın sağlamlığının qorunması məqsədilə həyata keçirdiyiniz hər tərəfli tədbirlər respublika ziyalıları tərəfindən bir mənalı olaraq yüksək qiymətləndirilir. Görülən tədbirlərin həm də Beynəlxalq təşkilatlar tərəfindən də yüksək səviyyədə qiymətləndirilməsi hamımızı məmnun edir. Ünvanınıza gələn məktublar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun ünvanladığı təşəkkür məktub bir daha deyilənləri təsdiq edir.
Sizin pandemyanın geniş yayılmasının qarşısını almaq haqqında verdiyiniz tapşırıqlar məsuliyyətlə yerinə yetirilir. Bütün vətəndaşlara, xüsusilə yaşlılara, köməyə ehtiyacı olanlara diqqət və qayğı göstərilir. Xalqımızın genefondunu təşkil edən gənclərin, tələbələrin və orta məktəb şagirdlərinin qayğısına qalaraq tədris prosesinin dayandırılması, işləməyən ailələrə maddi yardım göstərilməsi bu qayğının bariz nümunəsidir.
Çalışdığım Azərbaycan Texniki Universitetinin professor-müəllim heyyəti və çoxminli tələbə kollektivi inanır ki, Sizin uzaqgörənliyiniz və müdrik rəhbərli-yinizlə Azərbaycan tezliklə bu xəstəlikdən ən az itgi ilə xilas olacaqdır.
Şikar Qasımov,
Azərbaycan Texniki Universitetinin professoru,
“İctimai fənlər” kafedrasının müdiri,
H.Cavid 25, YAP, ərazi ilk təşkilatının sədri,
ZiM.Az-ın Redaksiya Heyətinin üzvü
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.