AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki Hörmətli müəllimlər və əməkdaşlar, əziz tələbələr!
Sizi Novruz bayramı münasibətilə təbrik edirəm! Hər birinizə cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram!

Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz bayramının xüsusi yeri var. Tariximizin və mədəniyyətimizin daşıyıcısı olan Novruz bayramı həm də ictimai həyatda canlanma, təmizlik, mehribanlıq və xeyirxahlığı tərənnüm edir. Belə yüksək dəyərləri olan bayramı gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Arzu edirəm ki, Novruz bayramı hər evə, ocağa bol ruzi-bərəkət və xoş ovqat gətirsin!

Hər birinizə təhsilimizin inkişafı yolunda uğurlar arzulayıram!

Novruz bayramınız mübarək!..



ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: