Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçibAzərbaycan Texniki Universitetinin (AzTU) "Energetika, elektrotexnika və avtomatika" fakültəsinin "Biotibbi texnologiya mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələri "COVID-19 bizə nə qazandırdı? - Pandemiyanın texnologiyaların inkişafındakı rolu" mövzusunda
onlayn təlimdə
iştirak edib.


Təlimi Xüsusi Müalicə Sağlamlıq Kompleksinin qulaq, burun, boğaz və baş-boyun cərrahı Aydın Talışinski keçib.

3 saat davam edən onlayn təlimdə biotibbi texnologiyaların inkişafı ilə bağlı kadr hazırlığının hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib. Koronavirus pandemiyası dövründə biotibbi texnologiyalardan istifadənin vacibliyi qeyd olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: