Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib

Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçibAlmaniyanın Rostok Universitetinin dosenti, Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, texnika elmləri namizədi Cavid Səfərov "Energetika, elektrotexnika və avtomatika" fakültəsinin tələbələrinə "Soyuducu maşınlarda gedən termodinamik proseslər" mövzusunda onlayn mühazirə keçib.

Mühazirədə Almaniyada və müxtəlif ölkələrdə yüksək texnologiyalar əsasında istehsal edilən müasir soyuducu maşınlardan, həmçinin ərzaqların, tibbi və digər vasitələrin saxlanmasındakı yeniliklərdən bəhs edilib, tələbələrin sualları cavablandırılıb.

Tələbələrin marağına səbəb olan mühazirənin mütəmadi olaraq hər həftə təşkil edilməsi planlaşdırılıb.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: