AzTU-nun rektorun Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektorun Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki Hörmətli müəllimlər, əməkdaşlar, əziz tələbələr!

Sizi, mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm!

Müqəddəs kitabımız olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlıq, mərhəmət, şəfqət və bərabərliyə, mənəvi kamilliyə dəvət edən, insanların düşüncəsini saflaşdıran
bir aydır.


Təəssüflə qeyd edirəm ki, builki bayram dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir vaxta təsadüf edir. Bu mübarizədən az itkilərlə çıxmaq üçün dövlətimiz mühüm qərarlar verir. Əminəm ki, xalqımızın birliyi nəticəsində biz bu sınaqdan da üzüağ çıxa biləcəyik və yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq.

Bir daha tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunmasını diləyir, hər kəsə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzu edirəm.

Ramazan bayramınız mübarək!


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: