AzTU-nun rektoru "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-nin direktoru ilə görüşüb

AzTU-nun rektoru "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-nin direktoru ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-də olub.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və STDM-in direktoru Elvin Aslanov əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.
Söhbət zamanı hazırda AzTU-da qurulan labaratoriya və təlim mərkəzinin fəaliyyətinin təşkili, eləcə də blockchain texnologiyası, elektronika, biotibbi texnologiya, müasir soyutma sistemləri üzrə tədrisin yenidən qurulması və bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması müzakirə olunub.

AzTU


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: