"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı

	"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı	"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün mayın 1-dən 3-dək Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən "Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

"Biz birlikdə güclüyük" adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.


Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universiteti, ikinci yerə Azərbaycan Texniki Universiteti (AzTU), üçüncü yerə isə Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandası layiq görülüb.

Müsabiqənin təşkilatçılarından olan AzTU-da qaliblərə sertifikatlar təqdim olunub. Rektor Vilayət Vəliyev qaliblərlə görüşüb, onlara gələcək müsabiqələrdə və təhsillərində uğurlar arzulayıb.

Birinci yerə layiq görülən Türkiyənin OSTİM Texniki Universitetinin sertifikatı isə pandemiya dövrü olduğundan elektron formada göndərilib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: