“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovla görüşüb.

Görüşdə universitetlə müəssisə arasında metallurgiya sahəsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, Metallurgiya mühəndisliyi və Materialşünaslıq mühəndisliyi ixtisasları üzrə kadr hazırlığına diqqətin artırılması müzakirə olunub.


Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: