Bu barədə qərar universitetin Elmi Şurasının növbəti onlayn iclasında qəbul olunub.
Məqsəd bu ali təhsil ocağının AzTU brendi altında dünya təhsil bazarında tanıdılmasıdır.
İclasda universitetin loqosu, himni, bayrağı və digər korporativ atributlarının hazırlanması ilə bağlı da müzakirə aparılıb.
Elmi Şuranın qərarı ilə “İqtisadiyyat və idarəetmə” fakültəsində struktur dəyişiklikləri aparılıb. Belə ki, “İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı” kafedrasının adı dəyişdirilərək “Beynəlxalq ticarət və marketinq”, “Sənayenin iqtisadiyyatı və menecment” kafedrası isə yenidən təşkil edilərək “İqtisadiyyat” adlandırılıb.
İclasda AzTU-da əlavə təhsil xidmətlərinin təşkili üçün “Əlavə və Distant Təhsil Mərkəzi”nin yaradılması ilə bağlı qərar qəbul edilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.